Sizin Reklam Burada

Dövlət Departamenti Gürcüstanda baş verənlərdən narahatdır

Dövlət Departamenti Gürcüstanda baş verənlərdən narahatdır“ABŞ Gürcüstanda baş verən son siyasi hadisələrdən çox narahatdır”.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yayımladığı açıqlamada deyilir.

“Bütün tərəfləri təmkinli olmağa, gərginliyi artıran və zorakılıqla nəticələnə biləcək hər hansı hərəkət və ya sözlərdən çəkinməyə çağırırıq. Qanunun aliliyi və hesabat verən qurumların inkişafı üçün strateji tərəfdaşımız olan Gürcüstanla çalışmağa davam edəcəyik”-deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın həbsindən sonra ölkənin baş naziri Giorgi Qaxariya istefa verib. Hakim Gürcü Arzusu Partiyasının sıralarını da tərk edən G.Qaxariyanın istefası onun hakim komanda ilə olan fikir ayrılıqları ilə əlaqələndirilir.

Artıq Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili baş nazir vəzifəsinə namizəd irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər