Cavad Zərifdən erməni həmkarına şillə kimi cavab

Cavad Zərifdən erməni həmkarına şillə kimi cavabİran xarici işlər naziri Cavad Zərif ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

Avrasiya.net xəbər verir ki, Ara Ayvazyan Cavad Zərifin Azərbaycan prezidentini və xalqını Qarabağın işğaldan azad olunması ilə bağlı təbrik etməsindın narazılığını üstüörtülü formada bildirib.

Belə ki, erməni nazir “Qarabağdakı son müharibənin nəticələri regionda sülh üçün əsas ola bilməz. Regionda təhlükəsizliyi və stabilliyi yalnız qalib ya məğlubun olmadığı sülh təmin edə bilər ”- deyib.

Buna cavab olaraq, Cavad Zərif erməni diplomata ölkələrin ərazi bütövlüyü prinsipi barədə danışıb.

“İran bütün ölkələrin ərazi bütövlüyünə böyük önəm verir”.

Xatırladaq ki, Bakıda səfərdə olan Cavad Zərif İlham Əliyevlə görüşü zamanı Qarabağın işğaldan azad olunması münasibətilə prezidenti və xalqı təbrik etmişdi.

“Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaq".