Türkiyə alimləri koronavirusu 1 dəqiqəyə məhv edən preparat hazırladılar

Türkiyə alimləri koronavirusu 1 dəqiqəyə məhv edən preparat hazırladılarTürkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edə biləcək burun aerozolu hazırlayıblar.

Məlumatı “Daily Sabah” qəzeti yayıb.

“Genoxyn” adlanan aerozol professor Şehim Gülsün Temel, doktor Ahmet Ümit Sabancı və Cüneyt Ozakın tərəfindən hazırlanıb.

Ü.Sabancı bildirib ki, onlar araşdırmanı pandemiyadan əvvəl başlayıblar:

“Biz preparatın antibakterial fəallığa malik olduğunu sınaqdan çıxardıq. Pandemiyadan sonra ondan COVID-19-a qarşı istifadə edilməsinin mümkünlüyü üzərində işləməyə başladıq. Araşdırmalarımız sübut etdi ki, bu aerozol ağız və burun boşluqları toxumalarındakı virusu məhv edə bilər. Bu COVID-19-un yayılmasının qarşısını alır, sayını azaldır”.