Gürcü müxalifəti mesaj verdi: İnqilab başlayır

Gürcü müxalifəti mesaj verdi: İnqilab başlayırHakim Gürcü Arzusu Partiyası ilə müxalifət arasında danışıqlar üçün bütün resurslar tükənib.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Xatiya Dekanoidze deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası parlamentə daxil olmayacaq və bu qərarına sadiq qalacaq.

O, yazda ölkədə siyasi temperaturun qalxacağını bildirib.

Dekanoidze Vahid Milli Hərəkat Partiyasının bütün formalarda dinc inqilaba hazırlaşdığını deyib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrda baş tutsa da, müxalifət indiyə qədər seçkinin nəticələrini qəbul etmir. Tərəflər arasında ABŞ və AB səfirləri vasitəçilik etsə də, hələlik razılıq əldə etmək mümkün olmayıb.

Sabah, həmçinin Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin ləğvini müzakirəyə çıxaracaq. Bu siyahıdakı deputatlardan 36-sı Vahid Milli Hərəkat Partiyasının deputatlarıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər