Rusiyalı həkim ən təhlükəli korona mutasiyasını açıqladı

Rusiyalı həkim ən təhlükəli korona mutasiyasını açıqladıKoronavirus mutasiyasının daha təhlükəlisi patogendə orqanizmin immunitet reaksiyasına dayanıqlılığın ortaya çıxmasıdır.

Axar.az xəbər verir ki, bunu rusiyalı həkim terapevt Andrey Kondraxin deyib.

“Bu, HİV kimidir. Virus gözlənilmədən daha yoluxucu olmaqla bərabər daha dayanıqlı ola bilər, antiteldən yeni müdafiə mexanizmləri yarada bilər”, – deyə o bildirib.