Sizin Reklam Burada

Moldovada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib - FOTO

Moldovada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib - FOTOBu gün Moldovanın paytaxtı Kişinyovda 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

Tədbir Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və bu ölkədə fəaliyyət göstərən Moldova Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə təşkil edilib.

Konfransda Moldovanın Azərbaycan diasporunun nümayəndələri, rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, ictimai və siyasi xadimlər, tələbələr, habelə yerli KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Moldova Azərbaycanlıları Konqresinin sədr müavini Ramiz Ansarov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun konfrans iştirakçılarına müraciətini oxuyub.

Səfirin müraciətində 20 Yanvarın xalqımızın ruhunun əyilməzliyinin bir simvolu olduğu qeyd edilib.

Tədbirdə çıxış edən digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, ictimai və siyasi xadimlər 20 Yanvar hadisələri barədə danışıb, həmçinin Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, xalqımızın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı fədakarlıqlara toxunublar.

Tədbirin sonunda konfrans iştirakçılarına “Qara Yanvar” hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Faciə qurbanlarının xatirəsinə ehsan verilib.

Tədbir Moldova KİV-lərində də geniş işıqlandırılıb.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər