İranın Qum şəhərində 20 Yanvar hadisələrinin anım mərasimi keçirilib

İranın Qum şəhərində 20 Yanvar hadisələrinin anım mərasimi keçirilib İranın bir çox şəhərində olduğu kimi, Qumda da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

Avrasiya.net xəbər verir ki, mərasimdə qanlı faicədən söz açılıb, artıq çökməkdə olan sovet imperiyasının Bakıda törətdiyi qırğınlarda çox sayda günahsız və əliyalın dinc insanların şəhid edildiyini diqqətə çatdırıblar.

Mərasimdə çıxış edənlər bildiriblər ki, yaxşı və pis günündə hər zaman qardaş Azərbaycan xalqının yanında olublar və bundan sonra da olacaqlar.

Tədbirdə qeyd edilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gün ərzində, azadlığ mübarizəsinə qalxan yüz minlərlə insana qarşı, rəsmi Moskvanın əmri ilə Bakıda və Azərbaycanın bir sıra bölgələrində odlu silahdan istifadə edilib. Nəticədə yüzlərlə insan qətlə yetirilib, çox sayda mübariz yaralanaraq əlil olub.