Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərdi

Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərdiRusiya hərbi polisinin əlavə bölmələri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Haseke vilayətinə göndərilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hərbi polis müşahidə məntəqələrinin mühafizəsini gücləndirəcək.

Ümumilikdə müşahidə məntəqələrinə 300-ə yaxın əlavə hərbi qulluqçu yerləşdiriləcək.

Qeyd edək ki, Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqindəki Haseke əyalətində birgə patrul xidməti həyata keçirirlər. Patrul marşrutlarını Rusiya və Türkiyə tərəfləri birgə tərtib edirlər. Hərbi mütəxəssislərin qarşılıqlı əlaqəsi tərcüməçilərin köməyi ilə həyata keçirilir.