Sizin Reklam Burada

Putinin mətbuat katibindən Navalnının saxlanılmasına reaksiya: “Onu Almaniyada saxlayıblar?”

Putinin mətbuat katibindən Navalnının saxlanılmasına reaksiya: “Onu Almaniyada saxlayıblar?”Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müxalif siyasətçi Aleksey Navalnının Moskvanın Şeremetyevo hava limanında saxlanılmasına münasibət bildirib.

Avrasiya.net-in məlumatına görə, o, “Podyom” nəşrinin əməkdaşına deyib ki, bu barədə heç bir şey bilmir:

"Üzr istəyirəm. Onu Almaniyada saxlayıblar? Mənim heç nədən xəbərim yoxdur”.

Kremlin nümayəndəsi əlavə edib ki, onun məzuniyyətinin son günüdür və baş verənləri izləməyib.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı hava limanında saxlanılıb.

"RİA Novosti”nin yaydığı məlumata görə, Aleksey Navalnı Şeremetyevo hava limanında Rusiya Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılıb.

A.Navalnı ötən il avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müalicə alaraq sağalan Aleksey Navalnı yanvarın 17-də Almaniyadan təyyarə ilə Moskvaya gəlib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər