Rusiya hərbi həkimləri Qarabağa niyə göndərib? - RƏSMİ AÇIQLAMA

Rusiya hərbi həkimləri Qarabağa niyə göndərib? - RƏSMİ AÇIQLAMAHərbi həkimlər Dağlıq Qarabağda Rusiya sülhməramlılarını koronavirusa qarşı peyvənd etməyə başlayıblar.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Rusiya sülhməramlı kontingentinin hərbi həkimləri Dağlıq Qarabağda sülhməramlıları peyvənd etməyə başlayıblar. Bu günlərdə “Sputnik-V” peyvəndinin 2 minə yaxın dozu xüsusi termokonteynerlərdə gələcəkdə istifadə edilməsi üçün xüsusi təyinatlı tibb dəstəsinə gətirilib”, - qurumda deyiblər.

Nazirlik qeyd edib ki, vaksinasiya iki mərhələli olacaq. Peyvəndin birinci komponentini yanvar ayının sonuna qədər, ikincisini isə fevralın 21-dək bütün sülhməramlılara vuracaqlar. İlk olaraq sülhməramlı kontingentin komandanlığı və hərbi həkimlər peyvənd olunublar.