İrandan Qarabağ təklifi - Prezident açıqladı

İrandan Qarabağ təklifi - Prezident açıqladıİran hərbi əməliyyatların təsirinə məruz qalan Qarabağ bölgələrinin bərpasında iştirak etməyə hazırdır.

Bunu İran Prezidenti Həsən Ruhani Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

"Regionu və İranın sahib olduğu imkanları nəzərə alaraq, İranın Qarabağ müharibəsindən təsirlənən ərazilərin yenidən qurulmasında iştirakı hər iki ölkəyə fayda gətirəcək", - o bildirib.

Prezident Tehranın bölgədə atəşkəs və sabitliyin möhkəmləndirilməsinə kömək etməyə hazır olduğunu da qeyd edib.

Bundan əvvəl İran Qarabağ münaqişəsinin həlli üçün öz planını təklif etmişdi. Bu məqsədlə İran Prezidentinin xüsusi elçisi Abbas Arakçı İrəvan, Bakı, Moskva və Ankaraya səfər etmişdi.