Putin Paşinyanla görüşməkdən imtina etdi
Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.
Bu barədə Nyus.am məlumat yayıb.
Bildirilib ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşün əldə olunmaması olub. Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi səyləri nəticəsiz qalıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – İrəvana çağırılıb.