Sizin Reklam Burada

Ermənistanın sabiq naziri: Ölkəni çörək qıtlığı, bahalaşma təhlükəsi gözləyir

Ermənistanın sabiq naziri: Ölkəni çörək qıtlığı, bahalaşma təhlükəsi gözləyirYaxın gələcəkdə Ermənistanda ərzaq təhlükəsizliyi, ilk növbədə çörəyin mövcudluğu, həmçinin qiymət artımı nöqteyi-nəzərindən ciddi problemlər yaranacaq.

“Report” xəbər verir ki, bu barədə "News.am"a Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib.

O, qeyd edib ki, ərzaq təhlükəsizliyi bir zamanlar işğal olunmuş həm Qarabağ, həm də Ermənistan üçün ümumi xarakter daşıyıb. Lakin indi ermənilər Qarabağı tərk edib.

Birinci təhlükə taxılın mümkün çatışmazlığıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edib. Sabiq nazirin sözlərinə görə, bunun 150 min tonu işğal edilmiş ərazilərin payına düşüb.

“Biz Ermənistanda istehsal edilən 75%-dən çox taxıl itirdik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Defisiti xaricdən idxalla doldurmaq lazım gələcək. Nəzərə alsaq ki, ABŞ dollarının məzənnəsi artmağa davam edəcək, onda bizdə çörəyin mövcudluğu və onun qiymət ilə bağlı problem yaranacaq”, - sabiq kənd təsərrüfatı naziri deyib.

“Taxılın əsas ixracatçı ölkələrinin koronavirusla əlaqədar məhdudiyyətlərini də unutmaq olmaz. Və əgər çörəyin qiyməti artsa, onda hər şeyin qiyməti artacaq”, - Artur Xaçatryan bildirib.

“Təəssüf ki, bizdə ərzaq təhlükəsizliyi strategiyaları yoxdur. Müstəqilliyin əldə edilməsi günündən Ermənistan kənd təsərrüfatı ilə məşğul olmayıb”, - o əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər