Zərif Bakıya gəlir
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfərə gələcək.
Avrasiya.net xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tvitter hesabında məlumat verib.
O qeyd edib ki, səfər noyabrın 23-24-də baş tutacaq və Zərif Azərbaycanla yanaşı, Rusiyanı da ziyarət edəcək.
İranlı diplomatın Qarabağla bağlı müzakirələr aparacağı bildirilib.