Müxalif seçkilərin ikinci turuna qatılmır

Müxalif seçkilərin ikinci turuna qatılmır"Milli Hərəkat 2020-ci il parlament seçkilərinin ikinci turunda iştirak etməyəcək. Partiya, tərəfdarlarını onları boykot etməyə və seçkilərin ikinci turunda səs verməməyə çağırır".

Aktual.ge-nin verdiyi xəbərə görə, bunu müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri olan Xatia Dekanoidze deyib.

Onun sözlərinə görə, "Gürcü Arzusu-Demokratik Gürcüstan"ın sədri Bidzina İvanişvili, vətəndaşları konstitusiyaya əsasən səs vermək hüququndan məhrum etdi.

“Bütün tərəfdarlarımızı ikinci turu boykot etdiyimiz üçün səs verməyə getməməyə çağırırıq. Partiya, blokumuz və ikinci tura çıxan majoritaristlər adından danışırıq. Hər kəsi, partiyanın seçicilərini Bidzina İvanişvili Konstitusiyaya əsasən səs vermək hüququndan məhrum etdi. İkinci tura qatılmırıq və bu barədə hamımızın yazılı bəyanatlarımız var. Bu seçki deyil, bu oliqarxik hökumətin 31 oktyabrda törətdiyi cinayət əməlidir", - deyə X.Dekanoidze bildirib.

Müxalif lider etiraz aksiyalarının davam edəcəyinin altından xət çəkərək, genişmiqyaslı mitinqlərin və habelə 21 noyabrda zəncirvari aksiyaların olacağını deyib.

Qeyd edək ki, Gürcüstanın 17 birmandatlı dairələrində parlament seçkilərinin ikinci turu 21 noyabrda baş tutacaq.