"Tehran nüvə anlaşmasına qayıtmağa hazırdır"
Dərc olunub:
19-11-2020, 09:30
Avrasiya.net xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“ABŞ-ın yeni hökumətindən İranla bağlı sanksiyaları ləğv etməsini gözləyirik. Əgər Vaşinqton sanksiyaları dayandırarsa və BMT-nin 2231 saylı qətnaməsinə əməl edərsə, Tehran da nüvə anlaşmasına qayıdaraq öhdəliklərini yerinə yetirər”, - nazir bildirib.