Yerevanda əsgər anaları etiraz aksiyası keçirir
Dərc olunub:
16-11-2020, 15:22
Ermənistan Müdafiə Nazirliyinin binası önündə aksiya keçirilir.
Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyanı övladları itkin düşmüş valideynlər keçirir.
Hisslərini cilovlaya bilməyən valideynlər övladlarından xəbər ala bilmədiklərini və Nazirliyin onlara dəqiq məlumatlar vermədiyini söyləyirlər.
Aksiyada iştirak edənlərin əksəriyyəti övladlarının cəsədlərinin Azərbaycan tərəfində olduğunu düşünür.