İrandan Ermənistana yol çəkilməyəcək - Abbas Araqçi

İrandan Ermənistana yol çəkilməyəcək - Abbas AraqçiAvrasiya.net xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Araqçi İRNA-ya eksklüziv müsahibəsində deyib.

O bildirib ki, Dağlıq Qarabağda atəşkəslə bağlı bəyanatdan sonra İranın Ermənistan və Azərbaycana keçid yolları dəyişməyəcək.

“Təəssüf ki, sosial şəbəkə saxta xəritələrlə yanaşı, səhv məlumatlar da yayılır və hətta Ermənistan daxilindən İrana dəhlizin açılması barədə saxta informasiyalar paylaşılır. Bu, kökündən yalandır və təxribat məqsədləri üçün edilir”, - Araqçi qeyd edib.

"Bu xəritədə göründüyü kimi, geniş müzakirə olunan İran və Ermənistan sərhədi boyunca coğrafi zolaq yaradılması məsələsi tamamilə əsassızdır", - nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, bəyanata əsasən, Azərbaycanın Naxçıvanla quru əlaqəsini bərpa edəcək Zəngəzur dəhlizi yaradılacaq. Bununla da İranla Ermənistanın quru əlaqəsi kəsiləcək.