Sizin Reklam Burada

Azər Süleymanovdan Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubu - Mətn

Azər Süleymanovdan Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubu - MətnGürcüstanın tanınmış ictimai, siyasi xadimi, MHP liderlərindən biri, soydaşımız Azər Süleymanov müzəffər Azərbaycan Ordusu tərəfindən 28 il Ermənistanın işğalı altında qalan Şərqin Musiqi akademiyası hesab olunan Şuşanın azad olunması münasibətilə Azərbaycanın Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevə minnətdarlıq müraciəti ünvanlayıb.

Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!

Gürcüstanda yaşayan soydaşlarımızın hər biri də, dünyadakı azərbaycanlılar təki 27 sentyabrdan bu yana, Azərbaycan əsgərinin fədakarlığını, inanilmaz rəşadətini nə qədər ürəkdolusu izləsək də, bu Vətən müharibəsinin hərtərəfli yükünü Sizin qədər hiss edə bilməzdik.

Hər tvitiniz, müsahibəniz və tv çıxışınız günbəgün hamımızda qələbəyə daha bir gün də yaxınlaşdığımızı ifadə edir, inamımızı artırırdı. Sizin Ali Baş Komandan olaraq ciddi uğurlu səyləriniz, daxili və xarici siyasətiniz sayəsində bu gün əzilmiş, məhv edilmiz, əzəli torpaqlarımızdan qovulmuş düşməndən bir kəlmə də söz açmaq istəmirik.

Ruhumuzun, mənəvi dünyamızın simvolu olan Şuşanın azad edilməsi xəbərini verməyiniz bütünlükdə sözlə deyilə biləcək sevincimizi də 28 illik içimizə qısılan səsimizə qarışıb böyük hayqırtıya çevrildi. QARABAĞ AZƏRBAYCANDIR!

Şuşanın işğaldan azad olma xəbəri Borçalıda bir bayram coşqusu yaradıb. Hamımız öncəliklə Sizə minnətdarıq, Azərbaycan əsgərinə duaçıyıq. 30 illik cəmi şəhidlərimizin qanının yerdə qalmamasına görə bu gündən Siz dünyanın hərb tarixinə mükkəmməl imza olaraq həkk oldunuz. Ürəyimizdə sözümüz çoxdu, izn verin Sizin şəxsinizdə Qarabağ savaşında haqq-ədaləti doğru görüb Azərbaycanımıza dəstək duran, bu qələbədə əvəzsiz payı olan Türkiyəmizə, Pakistanımıza, İsrailimizə və vətənim Gürcüstanımıza eləcə də əməyi keçən hər bir kəsə minnətdarlığımızı çatdırım.

Gözün aydın Azərbaycan, Qarabağ Azərbaycandır!

Hörmətlə,
Azər Suleymanov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər