Sizin Reklam Burada

"Beynəlxalq birlik ermənilərin cinayətlərinə göz yumur"

"Beynəlxalq birlik ermənilərin cinayətlərinə göz yumur"Ermənilərin daha da azğınlaşmasının‚ mülki ərazilərimizə raket zərbələri endirməsinin səbəbi onların qanlı cinayətlərinə dünya birliyinin susması və bilavasitə ermənistana edilən hərbi və hümanitar yardımlardır..

Bunu mətbuata açıqlamasında‚ erməni silahlı qüvvələrinin Bərdə‚ Gəncə və digər şəhərlərə ballistik raket atmasından danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov bildirib ki‚ ermənilər hərb meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün mülki əraziləri intensiv olaraq atəşə tutaraq xeyli mülki vətəndaşı şəhid ediblər. Erməni canilərinin döyüş meydanından kənar olan mülki əraziləri və mülki sakinləri hədəf alıb ballistik raketlər ataraq kütləvi insan öldürmələri terror aktıdır və beynəlxalq qanunlarla ən ağır cinayətdir. Ermənilər bu terrot aktlarını törətməklə Azərbaycan xalqına qarşı soyqırım siyasəti yeridirlər. Ən son olaraq da Gəncə və Bərdəyə atılan ballistik raketlər nəticəsində kütləvi insan tələfatı və kütləvi dağıntılar oldu. Bu‚ birbaşa müharibəyə aidiyyatı olmayan mülki insanlara‚ dinc və əliyalın sakinlərə qarşı ağır terror aktıdır. 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına görə müharibədə mülki sakinlərə‚ dinc insanlara güllə atmaq‚ atəş açmaq qəti qadağandır və bu hal ağır beynəlxalq cinayətdir.

Gəncə‚ Bərdə və digər ərazilərimizə atılan raketlər və mülki sakinlərə ağır artilleriya qurğularından atəş açılması ermənistanın terrorçu dövlət olmasının göstəricisidir. Bu raket hücumları bir daha təsdiq edir ki‚ ermənistan terrorçu dövlətdir və heçbir beynəlxalq hüquqa‚ hümanitar normalara‚ fundamental hərbi siyasi qanunlara və prinsiplərə qətiyyən məhəl qoymur və ermənistan heçbir qanunu tanımır‚ ermənistan üçün heçbir hüquqi norma və qanun konsepsiyası yoxdur və bütün bu dəyərlər ermənistan üçün heçbir əhəmiyyət kəsb etmir. Ermənistan terroru dövlət siyasəti etmiş bir ölkədir və bütün addımları cinayətdir. Təbii ki‚ Bərdəyə Gəncəyə və bir başqa ərazilərimizə ballistik raketlər atılmasının‚ mülki insanların öldürülməsinin məsuliyyəti ermənistan rəhbərliyinin üzərindədir və ermənistanın hərbi siyasi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməlidir. Amma göründüyü kimi‚ beynəlxalq birlik nəinki ermənistanı cəzalandırmır‚ əksinə hələ terorçu ölkəyə silah sursat və digər bütün hərbi döyüş texnikaları ilə təmin edirlər.

Bir çox ölkələr‚ Rusiya‚ İran‚ Fransa və bir neçə ölkə ermənistana silah və sursatla yardım edirlər. Bu səbəbdən ermənistanın törətdiyi hərbi cinayətlərdə və terror aktlarında həmin qüvvələr də günahkardır və onların da bu terror aktlarında əlləri var. Dünya birliyi‚ beynəlxalq təşkilatlar‚ ermənistanın törətdiyi cinayətlərə göz yummaqla bu cinayətlərə ortaq olmuş olurlar. Beynəlxalq birlik də erməni vandalizminə və erməni terroruna göz yummaqla ermənilər qədər günahlardır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər