Sizin Reklam Burada

Ali lider İranın dəyişilməz mövqeyini bir daha vurğuladı - İranlı ekspert

Ali lider İranın dəyişilməz mövqeyini bir daha vurğuladı - İranlı ekspertİranın Ali lideri Ayətulla Seyid Əli Xameneinin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi ilə əlaqədar son bəyanatı İslam Respublikasının mövqeyini bir daha nümayiş etdirdi.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında iranlı siyasi ekspert Mirzə Rəsul İsmayılzadə deyib.

M.R.İsmayılzadənin sözlərinə görə, İran heç vaxt işğalçılıqla barışmayıb və buna görə də, Ali lider İranın dəyişilməz mövqeyini bir daha vurğuladı:

“Fikrimcə, İranın Ali liderinin Azərbaycanın bütün işğal olunmuş ərazilərinin azad edilməsini və Azərbaycana qaytarılmasını qeyd etməsinin həm ölkə daxilinə, həm regiona, həm də dünyaya mesajı var.

İran daxilində Kütləvi İnformasiya Vasitələri Tehranın bu haqlı mövqeyini dəstəkləməlidirlər. İranda bütün şəxslər, ekspertlər artıq Ali liderin mövqeyini tam şəffaf şəkildə bilirlər”.

İsmayılzadə əlavə edib ki, artıq region ölkələrinə, əsasən də Ermənistana bəllidir ki, İran işğalçılığın davam etməsi ilə razılaşmır. İran ilk növbədə işğalçılığa sülh yolu ilə son qoyulması və müzakirə ilə həll olunmasının tərəfdarıdır. Lakin hər halda Azərbaycanın haqqıdır ki, öz ərazilərini işğaldan azad etsin:

“İran Azərbaycanı bu məsələdə haqlı hesab edir, Azərbaycanın ərazi bütövlüyündə təkid edir. Eyni zamanda digər qonşu ölkə - Ermənistan da bu işğalçılığı son qoymağı anlamalıdır.

Çünki Ermənistan SSRİ dövrünün sonlarından bölgədə radikal qrupları və separatizmi dəstəkləyərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib. Bu işğalçılığı BMT də qınayıb. Ermənistan regionda daimi sülh, təhlükəsizlik və davamlı inkişafın yaranmasını istəyirsə, işğalçılığa son qoymalıdır”.

Eskpertin sözlərinə görə, İranın Ali liderinin dünyaya mesajı budur ki, İran işğalçılıqla əsla barışmır və barışmayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər