Sizin Reklam Burada

Erməni KİV-də şok: Gürcüləri təhqir, Tiflisə iddia etdilər

Erməni KİV-də şok: Gürcüləri təhqir, Tiflisə iddia etdilərQarabağın azadlığı uğrunda gedən müharibə bütün bu illər ərzində öz məkrli niyyətini məharətlə ört-basdır etməyi bacaran ermənilərin əsl simasını dünyaya göstərdi. Bütün qonşularına qarşı ərazi iddiaları olan Ermənistan Gürcüstanın paytaxtı Tiflis şəhərini də mənimsəməyə cəhd edir. Guya Tiflis qədim erməni şəhəridir.

Axar.az xəbər verir ki, erməni saytları Gürcüstanın guya “qədim ermənilərə” mənsub olduğuna dair çirkin iddialarını ciddi şəkildə irəli sürməyə başlayıblar.

“Gürcülər özləri yaxşı bilirlər ki, Cavax (erməni separatçılar Cavaxetiya bölgəsini belə adlandırırlar – red.) tarixən kimə məxsusdur. Onlar bilirlər ki, orada tarixən ermənilər yaşayıb və yaşayırlar. Gürcülər hətta Gürcüstanın paytaxtı Tiflis də daxil olmaqla, bir çox ərazilərin tarixən erməni şəhərləri olduğunu da bilirlər, amma hələ də “hiddət” göstərməyə davam edirlər”, - deyə bu yaxınlarda Ermənistanın populyar informasiya saytlarından olan “Armenian Reрort” yazıb.

Bir düşünün, ən müqəddəs yerə qəsd etmək üçün nə dərəcədə mənəvi degenerat olmaq lazımdır? Söhbət Qafqazın ən qədim xalqlarından birinin paytaxtından gedir... Söhbət sayəsində elə həmin ermənilərin bu günə gəlib çatdığı gürcülərdən gedir.

Ermənilər Azərbaycan xalqına etdikləri hər şeyi bu gün Gürcüstana və onun xalqına qarşı etmək istəyirlər – mədəni irsin mənimsəməsi, kütləvi qırğın (ermənilər həm azərbaycanlıları, həm də gürcüləri öldürürdülər), ərazi iddiaları və s.

Daha bir məşhur erməni saytı “Aysor”un yazdığına nəzər yetirək:

“Gürcülər öz problemlərini daim müxtəlif “izahlar”la əsaslandırmağa çalışan qorxaq xalqdır. Onlar bütün dünyanı Cənubi Osetiya uğrunda Rusiyaya “qəhrəmancasına uduzduqlarına” inandırmağa çalışırlar. Reallıqda isə bunun səbəbi Gürcüstan ordusunun zəifliyi və qorxaqlığıdır. Çünki gürcülər döyüşçü deyillər”.

İnformasiya müharibəsi nəticəsində Ermənistan KİV-ini izləmək məcburiyyətində qalan azərbaycanlı kimi bu mövzu mənə toxunmaya bilməzdi. Biz bundan keçmişik və erməni barbarlığının bütün Azərbaycan xalqına verdiyi ağrını heç kəs bizdən yaxşı təsvir edə bilməz. Əgər vaxtilə kimsə bizim də gözümüzü açsaydı, bu problemlər bəlkə də yaranmazdı. Onları qovmaq lazımdır və mümkün qədər uzağa! İti qovan kimi...

Sonda isə Ermənistan KİV-in yazdıqlarından daha bir sitata baxaq:

“Gürcüstan sağlıq demək, xorla oxumaq və şərab içmək həvəskarlarının dövlətidir. Ona görə də gürcülər 2008-ci ilin avqustunda Cənubi Osetiyanı uduzublar, - osetiyalıların əsas üstünlüyü əsgərlərinin ruh yüksəkliyi, cəsarəti, doğma torpaq uğrunda ölməyə hazır olmalarıdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər