Mithat Aydın: Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür

Mithat Aydın: Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünürErmənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığımız Vətən müharibəsi davam edir. Ötən müddət ərzində bir sıra ölkələr haqq işimizi müdafiə edib, o cümlədən başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin bütün dövlət rəsmiləri və dövlət qurumları, siyasətçiləri ölkəmizə dəstəklərini bəyan ediblər.

Onu da qeyd edək ki, Türkiyənin qeyri-hökumət təşkilatları sentyabrın 27-də hərbi əməliyyatlar başladığı andan etibarən Azərbaycana tibbi və ərzaq yardımları göstərməkdədirlər. Bu sırada Türkiyə Türk Ocaqları da öz fəallığı ilə seçilir.

Məlumat üçün bildirək ki, oktyabrın 5-də Türkiyə Türk Ocaqlarının sədri, professor Mehmet Öz və Ocağın nümayəndə heyəti Azərbaycanın Türkiyədəki səfirliyində olub. Görüşdə Azərbaycanın haqq davasında Türk Ocaqlarının ölkəmizə hər sahədə dəstəyini davam etdirəcəyi vurğulanıb.
Mithat Aydın: Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür
Eyni zamanda, Türk Ocaqları Genel Mərkəzi tərəfindən Azərbaycanda müharibədən zərər çəkənlərə ərzaq və geyim yardımı edilməsi üçün kampaniyaya başlanıb. Azərbaycan Türk Ocağının müraciəti əsasında başlanan kampaniya Türkiyənin bütün şəhərlərində, o cümlədən Dənizli şəhərində də uğurla davam edir. Bu barədə Pamukkale Universitetinin müəllimi, prof.dr Mithat Aydın məlumat verib: "Genel Mərkəzimizin qərarına əsasən Türk Ocaqları Dənizli şöbəsi olaraq biz də bu kampaniyada fəal şəkildə iştirak edirik.

Hazırda öz torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün haqq savaşı aparan can Azərbaycandakı bacı və qardaşlarımız bilsinlər ki, hər zaman onların yanındayıq". Mithat Aydın bildirib ki, Türkiyənin hər guşəsində olduğu kimi, Dənizlidə də hamının ürəyi Azərbaycanla döyünür: "Azərbaycan Ordusunun qazandığı hər bir qələbə bizi inanılmaz xoşbəxt edir. İnşallah, şanlı Azərbaycan Ordusunun son və həlledici qələbə qazanacağı gün uzaqda deyil".