Ermənistanda bir gündə 21 nəfər öldü
Dərc olunub:
28-10-2020, 13:03
Ermənistanda koronavirusa yoluxmada yenidən kəskin artım müşahidə edilib.
Avrasiya.net xəbər verir ki, son sutkada Ermənistanda daha 2241 yoluxma faktı qeydə alınıb və beləliklə, yoluxanların ümumi sayı 82651-ə çatıb.
Son sutkada 21 nəfər olmaqla, ölənlərin sayı 1243-ə yüksəlib. O cümlədən yan xəstəliklərdən ölən koronavirus xəstələrinin sayı 352-yə (5-i son sutkada) qalxıb.
Hazırda 28548 aktiv xəstə var.