Moskvada 6,5 min insan koronadan öldü
Dərc olunub:
27-10-2020, 07:45
Rusiyanın paytaxtı Moskvada son sutka ərazində daha 61 nəfər koronavirusdan ölüb.
Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Operativ Qərargahı məlumat yayıb.
Bununla da Rusiya paytaxtında COVİD-19 virusundan ölənlərin ümumi sayı 6 min 503 nəfərə çatıb.