Sizin Reklam Burada

Ermənistan təcili Qarabağdan çıxmalıdır - General Cavani

 Ermənistan təcili Qarabağdan çıxmalıdır -  General Cavani Qarabağ Azərbaycan torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi vəkili general Cavani bildirib.

SEPAH generalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün əsas ola biləcəyinə vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazisi kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir:

“Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycanın müsəlman xalqına məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”.

General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib:

“Azərbaycan və Ermənistan İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər