Ermənistan 430 hərbçisinin öldüyünü etiraf edib
Dərc olunub:
11-10-2020, 13:21
İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.
Avrasiya.net xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.
Bildirilir ki, ermənilər oktyabrın 10-da daha 25 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 430 hərbçisinin öldüyünü etiraf edib.