Sizin Reklam Burada

Gürcüstanda yaşayan ermənilər türkiyəli sürücülərə hücum edib

Gürcüstanda yaşayan ermənilər türkiyəli sürücülərə hücum edibGürcüstanda yaşayan ermənilər Türkiyə dövlət nömrə nişanlı beynəlxalq yük daşınmalarını həyata keçirən avtomobillərin hərəkətinə mane olub, sürücüləri və avtomobillərə daşla hücum ediblər.

Hadisə ermənilərin daha çox məskunlaşdıqları Samtsxe-Cavaxetiya bölgəsində baş verib. Nəticədə yük avtomobillərinə ziyan dəyib, sürücülər xəsarət alıblar. Bundan sonra sürücülər Türkiyədən Gürcüstana “Akdaş” sərhəd-keçid məntəqəsinə keçməkdən imtina ediblər.

Sürücülərin Türkiyə-Gürcüstan “Sarpi” sərhəd keçid məntəqəsinə gəlmələri səbəbindən bu məntəqədə ciddi sıxlıq və tıxac yaranıb. Hazırda “Sarpi” sərhəd keçid məntəqəsində uzunluğu bir neçə kilometrə çatan tıxac yaranıb.

Gürcüstan tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Gürcüstan Azərbaycanlı Konqresinin sədri Hüseyn Yusubov məsələ ilə əlaqədar AzərTAc-a bildirib ki, ermənilər bu yolla öz çirkin niyyətlərini yenidən ortaya qoyublar.

H.Yusubov deyib: “Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək məqsədilə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları Gürcüstanda yaşayan erməniləri də qorxuya salıb. Gürcüstanda yaşayan ermənilər savaşın daha da genişlənməsi və Gürcüstanı da bu münaqişəyə cəlb etmək üçün çox iyrənc hərəkətlərə əl atıblar. Amma unutmasınlar ki, Gürcüstanda yaşayan azərbaycanlılar da Ermənistana gedən yük avtomobillərini yolunu bağlaya bilər. Əgər ermənilər tez bir zamanda bu çirkin əməllərindən əl çəkməsələr biz də adekvat addım atacağıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər