Sizin Reklam Burada

Prezident hökuməti istefaya göndərməyə hazırdır

Prezident hökuməti istefaya göndərməyə hazırdırQırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş nazir də daxil olmaqla, hökuməti tam tərkibdə istefaya göndərməyə hazır olduğunu bəyan edib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Qırğızıstan prezidenti bildirib ki, bu, yeni şəxslərin təyin edilməsi üçün qanuni əsaslar verəcək.

“Yeni Baş nazirin qanuni təyin edilməsi üçün Qırğızıstan Prezidentinin Fərmanı və hökumətin qərarı lazımdır”, Jeenbekov əlavə edib.

O, həmçinin parlamentin müvafiq qərarlarını gözlədiyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstanda Parlament seçkiləri keçirilib. Seçkidə seçicilərin 56,5%-i iştirak edib.

Qanunverici orqana 16 partiyadan 4-ü - "Birimdik" ("Yedinstvo" - iqtidar partiyası), "Mekenim Qırğızıstan" ("Doğma Qırğızıstan" - hökumət Partiyası), "Qırğızıstan" (mərkəzçi partiya) və "Butun Qırğızıstan" ("Vahid Qırğızıstan") daxil olub.

Seçkilərin nəticələrindən sonra etirazlar başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər