Sizin Reklam Burada

Erməni deputat xarici muzdluları Qarabağa çağırdı

Erməni deputat xarici muzdluları Qarabağa çağırdıErmənistan artıq orduda əsgər və zabit çatışmazlığını rəsmən etiraf etməyə başlayıb. Üstəlik, bu boşluğu doldurmaq üçün xaricdən muzdlu döyüşçü və terrorçu gətirdiklərini də etiraf edirlər.

Axar.az xəbər verir ki, işğlaçı ölkənin deputatı Andranik Köçəryan parlamentdə çıxış edərkən müasir silahların qələbənin 50 faizini, peşəkar zabitlərin isə digər 50 faizini təşkil etdiyini bildirib.

“Hamıya bəllidir ki, bizim ordumuzda müasir silahlar çatışmır. Digər tərəfdən, qələbəni təmin edəcək peşəkar zabit çatışmazlığı ilə də üz-üzəyik. Buna səbəb bütün cəbhə boyu müharibə aparmağımızdır”, - o deyib.

Köçəryan buna görə xarici ölkələrdə olan erməni əsilli zabitləri Qarabağa gəlməyə səsləyib.

Andranik Köçəryan təbii ki, Livanda, Suriyada, İraqda döyüşən erməni əslli peşəkar terrorçuları nəzərdə tutur. Artıq bir sıra diplomatik və media mənbələri Ermənistana, işğal altındakı Azərbaycan ərazilərinə bu ölkələrdən terrorçuların gəlməsi ilə bağlı faktları təqdim edib.

Köçəryan pandemiyaya görə Ermənistana gəlməyin çətin olduğunu da yada salıb:

“Ancaq hansısa bir yolunu tapmalıyıq, yoxsa vəziyyət çox pis olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər