“Paşinyan Rusiyanı münaqişəyə cəlb etmək istəyir” – Rusiyalı politoloq
Dərc olunub:
6-10-2020, 13:02
Rusiyalı politoloq, Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruster Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, politoloq son 1 həftədə Nikol Paşinyanın 4-cü dəfə Putinə zəngini təsadüf saymayıb. Onun fikrincə, rəsmi Yerevan Moskvanın münaqişədə tərəf olmasını istəyir.
“Ermənistan tərəfi istəyir ki, Moskva münaqişəyə qarışsın. Əsas kimi də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanmın Ermənistanı xarici hücumlardan qoruyacağı ilə bağlı öhdəlikdir”.
Vladimir Bruster Qarabağın Ermənistan ərazisi olmadığı üçün Rusiyanın bu öhdəliyini yerinə yetirməyəcəyini əlavə edib. O, Yerevanın bu istəyinin hüquqi əsasının olmadığını vurğulayıb.