Sizin Reklam Burada

Çarəsiz qalan Nikol Paşinyan ABŞ-dan kömək umur

Çarəsiz qalan Nikol Paşinyan ABŞ-dan kömək umurErmənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampdan kömək istəyib.

“Report” “New York Times” nəşrinə istinadən xəbər verir ki, çarəsiz qalan Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon danışığı zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib və bu mövzuda ABŞ prezidentindən kömək istəyib.

Robert Obrayn ona Donald Trampla telefon danışığı vəd etsə də, ABŞ prezidentinin koronavirusa yoluxmasından sonra sözügedən danışıq baş tutmayıb.

Zəng zamanı N.Paşinyan xüsusilə Türkiyəyə məxsus ABŞ istehsalı F-16-lardan münaqişə zonasında istifadə edilməsi və guya onların təyyarələrini vurması barədə uydurma iddiasını yenidən dilə gətirib.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu iddiasını təkzib edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər