Sizin Reklam Burada

Rusiya İrəvana müharibədə açıq dəstək verməyəcək - Kuznestov

Rusiya İrəvana müharibədə açıq dəstək verməyəcək - KuznestovKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə rusiyalı tarixçi və analitik Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Ermənistan təcavüzkar dövlət olaraq beynəlxalq hüquq normalarına əməl etmir, ona görə bu ölkənin hansısa beynəlxalq öhdəliyi pozması barədə danışmaq mümkün deyil:

“Ermənistanın Dağlıq Qarabağdakı bütün addımları beynəlxalq hüquqdan, qanundan, mənəviyyatdan kənardır, ona görə Ermənistana münasibətdə hansısa beynəlxalq standartları və qaydaları tətbiq etməyi dayandırmağın vaxtı çatıb. Öz hərəkətləri ilə Ermənistan özünü qanundan kənarda qoyub”.

Ermənistanın münaqişə çərçivəsində hərbi əməliyyatlara KTMT-ni cəlb etmək cəhdlərini şərh edən O.Kuznetsov bildirib ki, hərbi-siyasi alyansın heç bir üzvü təcavüzkarı dəstəkləmək arzusunda deyil:

“Əgər kimsə bunu gizli şəkildə edirsə belə, bu, gec-tez üzə çıxacaq. Mən tam əminəm ki, KTMT-nin heç bir üzvü, hətta Rusiya da Ermənistanı Qarabağa görə Azərbaycanla açıq müharibədə dəstəkləməyəcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər