23 sen 13:48region

Rusiya Qara dənizdə qanadlı raketlər buraxdı

Rusiya Qara dənizdə qanadlı raketlər buraxdıQafqaz-2020 hərbi təlimi çərçivəsində Qara dənizdə də atışlar icra edilib.

Axar.az xəbər verir ki, bölgədə rus donanmasına aid “İvanovets” və R-60 gəmilərindən “Moskit” tipli qanadlı raketlər buraxılıb. Təlim planına əsasən, gəmilərdən buraxılan raketlər hədəfləri dəqiqliklə vurub. Bundan başqa, gəmiləri hədəf alan S-24 qırıcılarının qarşısını S-30 tipli təyyarələr kəsib və onları “zərərsizləşdirib”.

Təlimlər zamanı Krasnodar bölgəsindən “Ball” və “Bastion” gəmi əleyhinə raket sistemləri də buraxılıb. Atılan raketlər gəmi hədəflərini məhv edib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.