Sizin Reklam Burada

Moskva azərbaycanlıları erməni iş adamlarını MÜFLİS ETDİLƏR

Moskva azərbaycanlıları erməni iş adamlarını MÜFLİS ETDİLƏRBu ilin iyulunda cəbhənin Tovuz rayonu istiqamətində yaşanan gərginlik Azərbaycan və Ermənistan diasporlarına da sirayət etmişdi. Avropa, ABŞ və Rusiyada erməni diasporu azərbaycanlılara hücum etmiş, nəticədə xəsarət alanlar, saxlanılanlar olmuşdu.



Gərginliyin daha bir nəticəsi Moskvadakı azərbaycanlı iş adamlarının sahibi olduğu ticarət mərkəzlərində və bazarlarda Ermənistandan gələn malları boykot edilməsi idi..

Ermənistan KİV xəbər verir ki, erməni ticarətçilər hələ də Moskva bazarlarında öz mallarını sata bilmədiklərindən şikayətləniblər.

“Biz “Fud Siti”də öz mallarımızı sata bilmədiyimiz üçün biznesmenlərimiz onminlərlə dollar ziyana düşüblər və Ermənistana qayıdıblar. Hazırda Ermənistandan “Fud Siti”yə gələn yük maşınları bazarın ərazisinə buraxılmır, 25-dən artıq biznesmen öz məhsullarını sata bilmir. Vəziyyət ağırdır. “Fud Siti” Moskva şəhərinin ən böyük bazarıdır. Alternativ ticarət mərkəzləri kimi “Buxta”, “Şelkovıy put” və s. olsa da, onların miqyası və ticarət dövriyyəsi “Fud Siti” ilə müqayisə oluna bilməz”-deyə iş adamlarından biri erməni jurnalistlərə şikayətlənib.

Erməni tərəfinin fikrincə, “Fud Siti”nin azərbaycanlı sahibləri və ticarətçilər Ermənistan məhsullarını boykot edir.modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər