Sizin Reklam Burada

Tanınmış vəkil bir qadını evsiz qoyub?

Tanınmış vəkil bir qadını evsiz qoyub? Rusiyada yaşayan tanınmış azərbaycanlı vəkil Elman Paşayev 1997-ci ildə Yelizaveta Kirsanovanın mənzilində saxta yolla qeydiyyatdan keçib, sonra isə onun mənzilini özəlləşdirərək qadını evsiz qoyub.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Kirsanovlar ailəsi xəbər verib. Onlar ittihamla bağlı müxtəlif instansiyalara müraciət ediblər.

Bəzi məlumatlara görə, Paşayev ruhi xəstə olan qadından otaq icarəyə götürüb, sonra hansısa yolla onunla nikah bağlayıb. Qohumlar bundan xəbər tutduqda, onu mənzildən çıxarmağa çalışıblar. Lakin Paşayev onları hədələyib və birinci evliliyindən olan uşaqlarını orada qeydiyyatdan keçirib.

2005-ci ildə isə bütün mənzili ailəsi üçün özəlləşdirərək, qadını evsiz qoyub.

E.Paşayev özü bunu axmaqlıq və cəfəngiyat adlandırır. Bununla belə, hüquq-mühafizə orqanları bu məlumatları yoxlayırlar.

Yeri gəlmişkən, xatırladaq ki, Rusiyanın Ədliyyə Nazirliyi Elman Paşayevi vəkillik statusundan məhrum etmək istəyir. Nazirlik belə bir qərarın aktyor Mixail Yefremovun işi üzrə məhkəmə prosesi zamanı vəkilin davranışları ilə əlaqəli olduğunu vurğulayıb. Mixail Yefremov hökmdən sonra Paşayevin apellyasiya şikayətindən imtina edəcəyini bildirib. İstintaq təcridxanasında onu ziyarət edən hüquq müdafiəçilərinin dediyi kimi, aktyor da Paşayevin hərəkətlərinin onu çətin vəziyyətə saldığını fikirləşir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər