İran məşhur güləşçini edam etdi
Dərc olunub:
12-09-2020, 14:33
2018-ci ildə hökumətə qarşı çıxışlarda iştirak etməkdə ittiham olunan iranlı güləşçi Navid Əfkari edam edilib.
Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında İran tərəfinə N.Əfkarinin edam olunmaması ilə bağlı çağırış etmişdi.