Sizin Reklam Burada

Latviyada koronavirus gizli saxlanılacaq

Latviyada koronavirus gizli saxlanılacaqBundan sonra hər hansı bir təhsil müəssisəsində COVID-19-a yoluxma halları qeydə alınarsa, həmin müəssisənin adı gizli saxlanılacaq.

Avrasiya.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə naziri İlze Vinkele açıqlama verib.

“Məktəbin adının hallanmasının əlavə bir faydası yoxdur”, – deyə o bildirib.

İ. Vinkelenin sözlərinə görə, bu, gərəksiz ajiotaja səbəb olacaq və epidemioloqların məsləhətlərinə müvafiq olaraq məktəblərdə aparılan epidemioloji nəzarətə və dəyişikliklərə qətiyyən kömək etməyəcək.

Xəbər verildiyi kimi, yeni tədris ilinin başlaması ilə məktəblərin birində şagirdin COVID-19-a yoluxması halı qeydə alınıb. Təhsil və elm naziri İlqa Şuplinska bir neçə gün əvvəl yeni tədris ilində məktəblərin 82 faiznin əyani, 18 faiznin isə birləşdirilmiş formada dərs keçəcəyi barədə məlumat vermişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər