08 sen 10:12region

Belarusun daha 3 müxalif lideri ölkədən getdi

Belarusun daha 3 müxalif lideri ölkədən getdiBelarus Müxalifət Koordinasiya Şurası Rəyasət Heyətinin üzvləri Mariya Kolesnikova, İvan Kravtsov və Anton Rodnenkov Ukraynaya keçiblər.

Axar.az xəbər verir ki, bu barədə Belarus Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçkovski məlumat yayıb.

Hazırda Belarus Müxalifət Şurasının üzvlərinin Belarusdan çıxdıqları, amma Ukrayna sərhədində saxlanıldıqları bildirilir.

Qeyd edək ki, ötən gün M.Kolesnikovanın mülki maşına mindirilərək, naməlum istiqamətə aparıldığı haqda məlumat yayılmışdı.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.