Sizin Reklam Burada

Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edilir

Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edilirGürcüstandan daha 200 nəfərin Azərbaycana təxliyəsinə başlanılıb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı soydaşlarımız da yer alıb.

Ötən gün həmin şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış təqdim olunacaq. Həmin şəxslər saat 10:00-da səfirliyin binası qarşısından avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qonşu ölkədən Azərbaycana növbəti təxliyə sentyabrın 14-nə təyin olunub. Bugünkü və növbəti təxliyədə üstünlük yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə verilib.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsi təşkil olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər