İranda güclü partlayış: yaralıların sayı 230-a çatdı
Dərc olunub:
5-09-2020, 09:17
İranın qərbində xlor balonunun partlaması nəticəsində azı 120 nəfər xəsarət alıb.
Avrasiya.net TASS-a istinadən xəbər verir ki, bu barədə İlam vilayətinin Çardaval ərazisi üzrə rəhbəri İlyas Fətahhi deyib.
Qeyd edək ki, xilasedicilər əraziyə yollanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
***
İranın İlam əyalətində xlor balonunun partlaması nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb.
Partlayış yük avtomobilinin xlor balonlarını daşıdığı zaman baş verib.
***
Partlayış nəticəsində xəsarət alanların sayı 230 nəfərə çatıb.