Sizin Reklam Burada

Yeganə çıxış yolu 'Milli Hərəkat'ın qələbəsidir - Azər Süleymanov

 Yeganə çıxış yolu 'Milli Hərəkat'ın qələbəsidir - Azər Süleymanov "31 oktyabr tarixində biz Marneulidə, Qardabanidə və Gürcüstanın hər yerində qalib gələcəyik. Bu qələbənin sadəcə bir nəticəsi var o da hər hansı bir şəxsin deyil bütün Gürcüstan naminə ölkənin inkişaf etdirilməsidir".

Bu sözləri Aktual.ge xəbər portalına Qardabanidə seçki təbliğat-təşviqat kampaniyasının necə davam etdiyi sualını cavablandıran Marneuli-Qardabani seçki dairəsi üzrə müxalif "Vahid Milli Hərəkat" partiyasının majoritar namizədi Azər Süleymanov deyib.

'Qardabanidəki görüşləriniz necə keçir, Qardabani sakinləri Marneulidə keçirdiyiniz görüşlərdən dahamı çox kütlə yığılır yoxsa necə?' sualını Azər Süleymanov belə cavablayıb:

"Qardabanidə, həm də Marneulidə vətəndaşların yüksək marağı və aktivliyi ilə qarşılaşırıq. İnsanlarla çox gözəl və səmimi görüşlərimiz keçir. Yeganə çıxış yolu 'Milli Hərəkat'ın qələbəsidir. Ümidvarıq ki, 31 oktyabr tarixində biz Marneulidə, Qardabanidə və Gürcüstanın hər yerində qalib gələcəyik. Bu qələbənin sadəcə bir nəticəsi var o da hər hansı bir şəxsin deyil bütün Gürcüstan naminə ölkənin inkişaf etdirilməsidir. Hər bir Gürcüstan əhalisi bilir ki, 2003-cü ildən 2012-ci ilə qədər yalnız 'Milli Hərəkat' partiyası və onun lideri Mixeil Saakaşvili ilə bir yerdə Gürcüstanın uğurla inkişaf edib. Bu gün hər kəs 'Milli Hərəkat'ın yenidən qalib gələcəyinə və Gürcüstanın yenidən inkişafına davam edəcəyinə inanır. Əgər “Oçneba” növbəti dörd il də qalsa, Gürcüstanı demək olar ki, qaranlıq bir dünya gözlüyür".

'Sizin müşahidələrinizə əsasən Qardabani rayonunda hakim partiyanın namizədinin reytinqi necədi?' sualını müxlaif namizəd belə cavablandırıb:

"Əslində mən namizədlərlə deyil, hakimiyyətlə mübarizə aparıram. Buna görə də heçbir namizəd barədə heç yerdə söz açmırıq. Bizim əsas məsələmiz uğursuz 'Gürcü Arzusu' partiyası və onun hakimiyyətidir. Mən deyə bilərəm ki, əhalinin 80 % -i 'Gürcü Arzusu'na səs verməyəcək. Burada şəxsiyyətlərdən deyil partiyadan söhbət gedir. bu partiyaya səs vermək istəmir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər