Sizin Reklam Burada

Lotu Qulinin varisi: “adı” mübahisəli Bakinski kimdir?

Lotu Qulinin varisi: “adı” mübahisəli Bakinski kimdir?Türkiyədə öz yaxın adamı Xaqan Zeynalov (Xan Əhmədlinski) tərəfindən qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun işlərini qardaşı, qanuni oğru Namiq Səlifovun (Bakinski) davam etdirməsindən sonra diqqətlər onun üzərinə yönəlib.

Axar.az xəbər verir ki, Səlifov Namiq Nəriman oğlu 1976-cı il mayın 28-də Gürcüstanın Dmanisi şəhərində azərbaycanlı ailədə dünyaya göz açıb. Onlar üç qardaş olublar: Nadir, Namiq, Müşfiq. Namiq doğulduqdan bir müddət sonra Səlifovlar ailəsi Gürcüstanı tərk edərək, Azərbaycana köçüb.

Nadir Səlifovun, yəni Lotu Qulinin kriminal aləmə daxil olması Namiq Səlifovun da həyatına təsir edib. Onların digər qardaşları Müşfiq də criminal dünyadan kənarda qala bilməyib. Lakin bu sahədə uğuru Lotu Qulidən sonra məhz Namiq Bakinski əldə edib.

Namiq 1996-cı ildə qardaşı Nadirlə Bakı şəhərində yerləşən və “Bayıl həbsxanası” adlandırılan SİZO-1 divarlarının arasına düşüb. Həmin ilin fevralında qardaşlar Şüvəlan SİZO-3-ə köçürülüb, lakin orada uzun müddət qalmayıblar və 1996-cı il fevralın son günlərində Bakıdakı İTK-1-ə gətiriliblər və haqlarında hökm elan olunan günə qədər orada qalıblar.

Səlifovlar bir sıra cinayətlərdə ittiham olunurdular. Nadir və Namiq 1996-cı ilin noyabrında Azərbaycan Ali Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum ediliblər. Namiq 2001-ci ilin aprelində vaxtından əvvəl azadlığa buraxılıb.

Oğru dünyasında müxtəlif fəaliyyətləri olan Namiq Səlifov 2013-cü ilin avqustunda Türkiyədə (digər iddiaya görə İspaniyada – red.) “taclandırılıb”. Bu “tacqoyma” Ded Xasanın (Aslan Usoyan) nəhəng klanının “Meqrel” və “Slavyan” qolları arasında daha bir mübahisə yaradıb. “Slavyanlar” bu qədər yüksək oğru statusu alan bəzi namizədlərlə razılaşmasa da, Bakinskinin namizədliyinə etiraz olmayıb. Artıq həmin ilin sentyabrında Namiq Səlifov özü digər oğruların taleyini həll edirdi.

2014-cü ilin iyun ayında Türkiyənin Ədirnə şəhərində Albert Rıjı (Əli Heydərov) adlı qanuni oğru Namiq Bakinski tərəfindən oğru kimi tanınmayıb. Bildirilir ki, təsadüfən, ya da bilərəkdən Rıjı Ədirnədə Namiq və yoldaşlarına rast gəlib. Albertin cangüdənlərindən biri dava əsnasında qarşı tərəfdən birinin tapançasını almaq kimi səhvə yol verdiyi üçün vurulub. Bundan sonra Albert hadisə yerindən qaçıb gizlənib. Hadisə zamanı Albertin etdiyi hərəkət və daha sonra qaçması kriminal aləmin qaydalarına zidd olduğu üçün onun “qanuni oğru” adı əlindən alınıb. Lakin qısa zamandan sonra Albertin himayədarları onun adının geri qaytarılmasına nail olub.

Digər məlumat da budur ki, Şakro Molodoy (Zaxari Kalaşov) İspaniyada həbsdən çıxdıqdan sonra oğru sıralarında təmizlənmə prosesinə başlayıb. Şakronun o vaxt Qulinin qardaşı ilə bağlı da hökm vermək niyyəti olub. O zamanlar Rusiya mediası iddia edirdi ki, Şakro Molodoyun təşəbbüsü ilə Lotu Qulinin uzun illərdir Türkiyədə yaşayan kiçik qardaşının “qanuni oğru” statusunun alınması ilə bağlı “sxodka” keçirilib. Amma sonradan tərəflər arasında mübahisə doğuran məqamlar həllini tapıb və Namiq Bakinskinin statusuna toxunulmayıb.

Bir qədər əvvəl də Namiq Səlifovun “qanuni oğru” titulundan məhrum edilməsinə dair “proqon” yayılmışdı. Həmin “proqon”un altında “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov başda olmaqla bir sıra qanuni oğruların adları yer almışdı. Sonradan bunun saxta olduğu üzə çıxdı.

Qeyd edilir ki, hazırda Namiq Səlifov Rusiyanın meyvə-tərəvəz bazarlarına nəzarət edir. Onun digər fəaliyyətləri ilə bağlı hələ ki geniş məlumat yoxdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər