Sizin Reklam Burada

Erməni komandir əsir düşdü – İrəvandan gülünc açıqlama

Erməni komandir əsir düşdü – İrəvandan gülünc açıqlamaErməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alaverdyanın Azərbaycan Ordusu tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb.

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan zabit Qurgen Alaverdyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən "azdığını" bildirib.

“22 avqust saat 19:30 radələrində döyüş mövqelərini yoxlamaq üçün gedən Qurgen Alaverdyan hava şəraitinin pis olmasına görə azıb. Axtarış işləri davam edir”.

Maraqlıdır ki, bunun ardınca Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət də bildirilib. Belə görünür ki, Ermənistan Müdafiə Nazirliyi artıq diversantların komandiri Q.Alaverdyanın əsir alındığından məlumatlıdır. Belədə, görəsən, hansı “axtarış işləri” aparırlar?

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya-kəşfiyyat qrupunun Goranboy istiqamətində diversiya hücumunun qarşısını qətiyyətlə alındığı, düşmənin itki verərək geri çəkildiyi, kəşfiyyat komandiri Qurgen Alaverdyanın isə əsir götürüldüyünü açıqlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər