Sizin Reklam Burada

Əhməd Obalı İranda soydaşlarımızın hüquqlarının tapdanılmasından danışıb

Əhməd Obalı İranda soydaşlarımızın hüquqlarının tapdanılmasından danışıb Beynəlxalq İnsan Hüquqları Monitorinqi Təşkilatı Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd Obalıdan güney azərbaycanlılar və onların pozulmuş hüquqları ilə bağlı müsahibə götürüb.

Əhməd Obalı əvvəlcə İranda Pəhləvilərə qarşı baş qaldırmış "inqilab"dan və bu inqilabların xalqın gözlədiyinin olmamasından, özünün cavanlıq illərində yeni qurulmuş İslam Republikası rejimi tərəfindən heç bir ittiham olmadan, qanunsuz həbs edilməsindən danışıb.

O, daha sonra 1980-cı illərdə fəaliyyətlərinə görə özünə və ailə üzvlərinə qarşı İran rejiminin göstərdiyi təzyiqlər barədə ətraflı məlumat verib.

Əhməd Obalı, həmçinin 1990-cı illərdə Sovet İttifaqının dağılması, bunun nəticəsində isə Azərbaycan Respublikasının müstəqil olmasının ona və güney azərbaycanlılara azadlıq uğrunda mübarizələrində yeni ruh verməsi, 1995-ci ildə Azərbaycan Mədəniyyət Assosiasiyasının, 1997-ci ildə Azərbaycanlıların Konqresinin yaradılması, habelə Güney Azərbaycan Televiziyasını öz maliyyə mənbəyi vasitəsilə təsis etməsi, bu istiqamətdə üzləşdiyi çətinliklər və kanala maliyyə dəstəyi göstərilməsilə bağlı müraciətlərindən danışıb.

GünAz TV-nin təsisçisi kanalda yalnız azərbaycanlılara deyil, eləcə də türkmənlər, ərəblər və bəluçlar kimi İranda yaşayan digər etnik azlıq nümayəndələrinə də zorakılıq təbliğ etmədən, insan haqlarına fokuslanaraq, ödənişsiz efir vaxtı verildiyi barədə təşkilata məlumat verib.

O, GünAz TV-yə qarşı yönəlmiş bəzi ittihamlara da qısa cavab verərək, televiziyanın heç bir ölkə və ya onun təşkilatına bağlı olmadığını, insan haqları sahəsində fəaliyyət göstərən müstəqil media qurumu olduğunu bir daha diqqətə çatdırıb.

GünAz TV-nin təsisindən sonra İran rejimi tərəfindən ona qarşı bəzi ittihamların səsləndirilməsi, özünə və ailə üzvlərinə qarşı təhdidlərin edilməsindən də danışan Əhməd bəy heç bir təhdidin onu yolundan döndərə bilmədiyini deyib.

Müsahibə əsasında jurnalist Əhməd Obalıdan insan haqları təşkilatlarının İran cəmiyyətinin təxminən 60%-ni təşkil edən əsas xalq- azərbaycanlıları rejimin mədəni soyqrıma məruz qoyması barədə niyə hesabat və ya məlumat yaymamaqları barədə sual soruşub.

Əhməd bəy İran qrupları da daxil olmaqla, insan haqları təşkilatlarının güney azərbaycanlıların istədiklərini səsləndirməkdə və seçdikləri sivil hərəkat yolunu işıqlandırmaqda maraqlı olmadıqlarını, başqa istiqamətdə fəaliyyətlərə daha çox fokuslandıqlarını deyib.

O, həmçinin çıxışı zamanı ağır həbs cəzaları almış bir sıra güney azərbaycanlı fəallarla yanaşı, 8 il həbsə məhkum edilmiş Abbas Lisaninin həbs müddətinin Apellyasiya Məhkəməsi tərəfindən 16 ilə qədər yüksəldilməsi məsələsini də təşkilatın diqqətinə çatdırıb. GünAz TV-nin rəhbəri güney azərbaycanlıların İran Konstitusiyasında ana dilində təhsillə bağlı nəzərdə tutulmuş müddəaların icrasını, öz pozulmuş hüquqlarını tələb etdiklərini qeyd edib.

Əhməd Obalı sonda koronavirus və onun yaratdığı mövcud şəraitdə Evin həbsxanasında saxlanılan 3 güney azərbaycanlı fəalın vəziyyəti, rejimin keçmişdə və hazırda GünAz TV-nin tamaşaçalarına qarşı təzyiqləri və onları həbs etməsi, kiber təhdidlər, kanalın gələcək fəaliyyətləri və güney azərbaycanlıları təşkilatlandırmaq kimi bır sıra mühüm məsələlər barədə aparıcıya məlumat verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər