“Lotu Quli”nin yerinə iddialı 3 “qanuni oğru” – ADLAR
Dərc olunub:
20-08-2020, 17:22
Məşhur "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") ötən gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi postosovet məkanında kriminal vəziyyəti gərginləşdirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “qanuni oğru”nun qətli onun təsir dairəsinin güclü olduğu Ukrayna, Rusiyanın Sibir-Ural bölgəsi, Moskva və Sankt-Peteburqda vəziyyəti dəyişib.
Kriminal aləmdə "Lotu Quli”nin yerinə 3 əsas namizədin adını çəkirlər – Aslan Usoyanın (Ded Xasan) bacısı oğlu, 47 yaşlı Geori Akoyev ("Qiya Sverdlovski"), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze ("Avto") və 39 yaşlı çeçen Əhməd Dombayev ("Əhməd Şalinski").