Sizin Reklam Burada

Karantində olan gənc özünü dördüncü mərtəbədən atdı

Karantində olan gənc özünü dördüncü mərtəbədən atdı Batumidə özünü 4-cü mərtəbədən atan gəncin vəziyyəti orta ağırdır.

Publika.az xəbər verir ki, bu barədə Batumi Beynəlxalq Xəstəxanasından məlumat verilib.

Məlumata əsasən, 4-cü mərtəbədən özünü atan şəxs xəstəxanaya səhər saat 4-də hüşsuz vəziyyətdə gətirilib:

"Karantin otelindən özünü atan şəxs, nəzarət olunan süni nəfəslə reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağırdır, çox sınığı var, o huşunu itirmiş vəziyyətdə səhər saat 04:00 radələrində xəstəxanaya gətirilib", - deyə klinikadan bildirilib.

Xatırladaq ki, 1993-cü il təvəllüdlü Gürcüstan vətəndaşı F.C. avqustun 13-də Sarp sərhəd-buraxılış məntəqəsindən Gürcüstana daxil olub. O, sonra məcburi karantin üçün Batumidəki karantin otellərindən birinə yerləşdirilib. Avqustun 14-də isə naməlum səbəblərə görə F.C. qəfildən otelin 4-cü mərtəbəsindən özünü atıb.

İddialara görə, sözügedən şəxs karantin vəziyyətindən qaçmaq məqsədi ilə oteldən yerə düşməyə cəhd edib, nəticədə isə o, 4-cü mərtəbədən yıxılıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər