Sizin Reklam Burada

QAT Azər Süleymanovun namizədliyini müdafiə edir

QAT Azər Süleymanovun namizədliyini müdafiə edirGürcüstanın ictimai-siyasi xadimi, bu ölkənin parlamentinin deputatı, dəyərli soydaşımız Azər Süleymanov parlament seçkilərinə yenidən namizədliyini irəli sürüb. Azər bəy həmişə obyektiv mövqeyi, haqqın tərəfində olmağı, çəkinmədən həqiqəti ortaya gətirməyi, qətiyyəti, cəsarəti, mübarizliyi ilə seçilib. Gürcüstandakı soydaşlarımızın, haqqı pozulan hər hansı Gürcüstan vətəndaşının yanında olub, dəstəyini verib. Yaşadığı ölkənin bütün problemlərinə ürəkdən yanaşıb.

Azər Süleymanov 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana təcavüzü zamanı vətəndaşlıq borcunu yerinə yetirərək əlinə silah alıb könüllü olaraq cəbhəyə gedib. Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycana qarşı Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ məsələsi ilə bağlı həmişə prinsipial, qətiyyətli mövqe tutub, erməni yalanlarını cəsarətlə ifşa edib. Gürcüstan parlamentində və ölkə boyunca istənilən erməni təxribatlarının qarşısının alınmasında fədakarlıqla çalışıb, dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əsgər kimi savaşmağa hazır olduğunu bildirib, Azərbaycanla Gürcüstanmın dost münasibətlərinin inkişafına yorulmadan öz töhfəsini verib.

İnanırıq ki, Azər Süleymanov bundan sonra da əzmkar fəaliyyətini davam etdirəcək, qədim Borçalı elini Gürcüstan parlamentində ləyaqətlə təmsil edəcəkdir. Dəyərli soydaşlarımızı düzgün seçim etməyə, ağıllı, cəsarətli, mərd, sözü-əməli bir olan namzədə -mojaritar qaydada namizədliyini irəli sürmüş Azər Süleymanova səs verməyə çağırırıq!

Akif Nağı
Qarabağ Azadlıq Təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər