Sizin Reklam Burada

Politoloq: Türk ordusu İrana girə bilər - Video

Politoloq: Türk ordusu İrana girə bilər - VideoTürkiyə nəinki İranda, hətta Azərbaycanda da antiterror əməliyyatları keçirə bilər. Bu 3 ölkə illərdir terrordan əziyyət çəkir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan generalı İhsan Bozqurdun Türkiyənin terrorizmlə mübarizədə İranı yanında görmək istəməsi haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, Türkiyə ilə İran bir neçə dəfə regionda birgə antiterror əməliyyatı keçirib:

“Xüsusilə iki ölkənin xüsusi xidmət orqanları Şimali İraqda bir neçə dəfə kürd terrorçularına sarsıdıcı zərbələr vurub. Lakin bununla belə bu gün İraqdan İrana keçən kürd terrorçularının sayı kifayət qədər çoxdur. İran bir neçə terrorçu qrupla mübarizə aparır. Bu terrorçu ünsürlərin bir çoxu xaricdən maliyyələşir və günü-gündən güclənir. Pakistan sərhədində bəluclar, cənubda ərəb əsilli qruplaşmalar və şimalda kürd terrorçuları bu ünsürlərə misal ola bilər. Bu mənada Yaxın Şərqdə terrorla mübarizədə kifayət qədər təcrübəsi olan Türkiyənin İranda antiterror əməliyyatına qoşulması mümkündür”.

Politoloq qeyd edib ki, Türkiyə, Azərbaycan və İran arasında əməkdaşlıq formatı var:

“Bu format həm siyasi, həm iqtisadi, həm də hərbi sahələri əhatə edir. İstər Türkiyə, istər İran, istərsə də Azərbaycan regionda terrorizmdən ən çox əziyyət çəkən ölkələrdir. Xüsusilə Azərbaycan erməni terrorizmindən uzun illərdir əziyyət çəkir. Bu terrorçu fəaliyyət bu gün də davam edir. Bu mənada adı çəkilən bu üç dövlətin terrorizmlə mübarizədə bir-birinə dəstək verməsi zəruridir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər