İranda yoxsulluq pik həddə qalxdı
Dərc olunub:
4-08-2020, 15:41
İrandakı ailələrin 8,2%-i cari ildə ət ala bilməyib.
Axar.az xəbər verir ki, bu məlumatı İran Tələbə Sorğu Mərkəzi yayıb. Məlumata görə, bu göstərici keçən illə müqayisədə 3,5% çoxdur.
Bununla bərabər ölkədəki ailələrin 14,4%-nin ildə yalnız bir neçə dəfə, 32,8%-nin ayda bir neçə dəfə, 40,2% ailənin isə həftədə bir neçə dəfə ət qəbul edə bildiyi müəyyən edilib.
4,3% ailənin isə ərzaqla təminatında heç bir problem olmadığı qeyd edilib